"Bakı"nın dörd futbolçusu Fransaya gedir (FOTO)

"Bakı"nın dörd futbolçusu Fransaya gedir (FOTO)
XƏBƏR 11 Oktyabr 2012 / 18:04 3420
-  A +

"Bakı"nın 1996-cı il təvəllüdlü 4 futbolçusu - Ülvi Süleymanov, Əzəmət Qazayev, Valeh Seyidov, Etibar Sailov Fransanın "Lans" klubunda təcrübə keçəcək.

Qol.Az-ın məlumatına görə, adı çəkilən futbolçuların Fransaya nə vaxt gedəcəkləri hələlik məlum deyil.

Lakin "Bakı"nın 4 futbolçusunun ən azı bir il ərzində Fransaya gedəcəyi bildirilir.

Qeyd edək ki, həmin futbolçuların Fransada təcrübə keçməsi iki komanda arasında olan əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
 


Qarabağ FK
Son xəbərlər
topaz banner