"DÇ-2014"ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Simurq"un baş məşqçi Georgi Çixradze futbolçularına bir neçə günlük istirahət vermişdi.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq dünəndən bir araya gələn "sarı-qaralar" bu gündən növbəti turun hazırlıqlarına start verib.
Tam heyətlə məşqləri davam etdirən Zaqatala təmsilçisi ayın 13-də Gürcüstana səfər edəcək. Komanda oyun praktikasını itirməmək üçün qonşu ölkədə paytaxt təmsilçisi "Dinamo" ilə yoldaşlıq görüşü keçirəcək. Qarşılaşma oktyabrın 14-ü saat 15:00-da start götürəcək. Bir gün sonra isə "sarı-qaralar" yenidən Zaqatalaya qayıdacaq və hazırlıqları burada davam etdirəcək.
Qeyd edək ki, "Simurq" Premyer Liqanın IX turunda Bakının "İnter" klubu ilə üz-üzə gələcək. Oyun oktyabrın 20-si "Şəfa" stadionunda keçiriləcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər