Foqtsun Nildo və Benuahinin məsələsindən xəbəri yoxdu

XƏBƏR 10 Oktyabr 2012 / 17:30 2510
-  A +

Oktyabrın 16-da Rusiya millisi ilə Moskvada keçiriləcək DÇ-2014-ün seçmə qrup matçı öncəsi bugün mətbuat konfranı keçirən Azərbaycan millisinin baş məşqçisi Berti Foqts AZAL-ın braziliyalı hücumçusu Nildo, mərakeşli yarımmüdafiəçisi  Zohair Benuahi, eləcə də “Sumqayıt”ın hücumçusu Fərzad – Azad Fərdisin milliləşdirilərək əsas milliyə dəvət olunacağına dair yayılan məlumatlara münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu məsələdən xəbərsiz olduğunu bildirib: “Bugün hər kəs çox söz danışa bilər. Bu futbolçuların milliləşdirilməsindən mənim xəbərim yoxdur. Mən bilirəm ki, FİFA-nın da belə bir tələbi var ki, hər hansı əcnəbi futbolçu bir ölkənin millisində oynamaq istəyirsə, ən azı 5 il həmin ölkədə yaşamalı, sonra vətəndaşlıq alıb millidə oynamalıdır. Yalnız o futbolçu millidə problemsiz oynaya bilər ki, onun kökündə Azərbaycana bağlılıq olsun. Düzü, bu işlərlə mən məşğul olmuram və bu haqda sualı başqalarına ünvanlamalısınız. Ancaq onu bilirəm ki, bu tip məsələlər araşdırılır və sonra qərar verilir”.

Daha çox


Son xəbərlər