Türkiyəli jurnalist Mehmet Baransu “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımı məhkəməyə verib.
Qol.Az-ın məlumatına görə, Baransu Yıldırımı saxta “əsgərliyə yararsız” raportu almaq üçün öz yerinə qardaşı oğlunu hərbi tibb komissiyası qarşısına çıxarmaqda ittiham edib.
İstanbul Baş Prokurorluğuna müraciət edən qəzetçi olayın 1983-cü ildə baş verdiyini yazıb. İddianaməyə əsasən, həmin vaxt Yıldırım İzmir Hərbi Komissarlığına öz yerinə qardaşı oğlu Osman Yalçını göndərib. Yalçın özünü Aziz Yıldırım kimi təqdim edib. O, 4 yaşında ikən yıxıldığını və sağ ayağının 6 sm qısaldığını bildirib. Nəticədə 31 oktyabr 1983-cü ildə Əziz Yıldırıma “əsgərliyə yararsız” kimi saxta sənəd verilib.
Baransu bildirib ki, Yıldırım bu sənədi alarkən, səlahiyyətli şəxslərə rüşvət də verib. O, klub prezidentinə qarşı “rüşvət” və “hərbi xidmətdən yayınma” maddələri ilə cinayət işinin açılmasını və lazımi cəza almasını tələb edib.
Qeyd edək ki, Əziz Yıldırım Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar 2011-ci il iyulun 3-də həbs olunub. O, 6 ayadək həbsxanada qaldıqdan sonra azadlığa buraxılıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı