Neçə vaxtdır Bakının küçələrini insanlardan “15.10.12 tarixinə hazırsan?” soruşan bilbordlar bəzəyir. Sualı bilbordlarda görünən 15, 10 və 12 nömrəli “Mançester Yunayted” klubunun futbolçuları verir sanki. Hamı bu müəmmanın nə olduğunu düşünür. Hələ ki, dəqiq informasiya əldə etmək mümkün olmayıb. Ümid həmin tarixdə nə baş verəcəyini gözləməyə qalır.
Amma həmin tarixi gözləməyə insanların səbri çatmır. Sosial şəbəkələrin, dost söhbətlərinin, xüsusilə futbol azarkeşlərinin əsas mövzusu bu tarix olub. Şayiələrin sayı-hesabı yoxdur. Bəziləri düşünür ki, söhbət Runi, Vidiç və Smollinqin Bakıya gəlişindən gedir. Amma hazırda dünya çempionatının seçmə mərhələsi gedir. Onlar Bakıya necə gələ bilərlər? Buna görə də, ulduz futbolçuların Bakıya gəlişini şayiə sayanların sayı daha çoxdur. Digər versiyalar da var. Amma onlar da həqiqətə bənzəmir.
Bu şayiələrin ən inandırıcısı yığmaya dəvət almamış bəzi ingilis ulduz futboçuların Bakıya gəlməsidir. Əlbəttə, bu versiya ciddi maraq doğurur. Bəs bu qədər məşhur qonağın paytaxtımıza təşrif buyurması nə ilə əlaqədardır? Belə məlumat yayılıb ki, 1966-cı ildə dünya çempionatının finalında ingilislərin qələbəsində müstəsna rol oynamış əfsanəvi Tofiq Bəhramov haqqında filmin çəkilişlərinə başlanılıb. İngiltərədən gələn qonaqlar ingilis futbolçu və məşqçilərinin rollarını oynayacaq aktyorlara kömək edəcəklər. Bununla bağlı ulduz futbolçuların iştirakı ilə müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
İngilis futbol ulduzlarının ingilis futbolunun triumfunda xüsusi rolu olan Bəhramov şəxsiyyətinə ehtiram əlaməti olaraq onun haqqında çəkilən filmdə iştirak etmələri daha ağlabatandır. Belə məlum olur ki, şayiə pərdəsi altında sadə bir həqiqət gizlənir və bu həqiqət yaxın vaxtlarda üzə çıxacaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı