Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda bəzi qərarlar qəbul edilib.
Premyer Liqanın VIII turunun AZAL – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Qəbələ” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.
Matçın 43-cü dəqiqəsində “Qəbələ” klubunun Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimələnib.
“Kəpəz” – “Qarabağ” matçında “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 66-cı dəqiqəsində “Qarabağ” klubunun 11 Rauf Əliyev simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın video yazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də Rauf Əliyevə göstərilən sarı vərəqə ləğv edilib.
İntizam Komitəsi I Divizionunda yarıçan “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayevə də cəza kəsib. Buna “Qala” – “Şahdağ” matçında K.Əlibabayev tribundan hakimləri və matçın hakim-ispektorunu təhqir etməsi səbəb olub. İntizam Komitəsi məşqçini 5 oyunluq cəzalandırıb, kluba 500 manat cərimə kəsib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı