Avropa çempionatında oynayacaq futbolçularımız bəlli oldu

XƏBƏR 9 Oktyabr 2012 / 11:20 2061
-  A +

Oktyabrın 26-dan 31-ə qədər Xorvatiyada Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, baş məşqçi Vəli Qasımov aşağıdakı futbolçular dəvət göndərib:
 
Emil Balayev - "Neftçi"
Eyyub Əliyev - "Simurq"
Tərlan Əhmədli - "Rəvan"
Samir Yusifov - "Neftçi"
Fuad Bayramov - "İnter"
Azər Salahlı - "İnter"
Kamal Mirzəyev - "Qəbələ"
Murad Musayev - "Qəbələ"
Hasan Demir - FSV "Frankfurt" (Almaniya)
Şamil Camallədinov - "Sumqayıt"
Taşkın İlter - "Türkiyəmspor" (Almaniya)
Namiq Ələsgərov - "Bakı"
Coşqun Diniyev - "İnter"
Elşən Abdullayev - "Neftçi"
Orxan Əliyev - "Sumqayıt"
Ruslan Nəsirli - "Sumqayıt"
Bayram Budaqov - "Dnepr" (Ukrayna)
Eldar Cankişiyev - "Anji" (Rusiya)
Məqsəd İsayev - "Neftçi"
David Qarayev - "Qubkin" (Rusiya)
 

Millimizin oyunlarının təqvimi isə belədir

26 oktyabr, saat 18:30
Azərbaycan - İslandiya
Zaqreb. NK Hask stadionu
Baş hakim: Marios Panayi (Kipr)
 
28 oktyabr, saat 18:30
Gürcüstan - Azərbaycan
Zapreşiç. NK İnter Zapreşiç stadionu
Baş hakim: Marios Panayi (Kipr)
 
31 oktyabr, saat 18:30
Azərbaycan - Xorvatiya
Sesvete. Sv. Josip Radnik stadionu
Baş hakim: İvan Kruzliak (Slovakiya)
 
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Daha çox


Son xəbərlər