Əsgər Abdullayev: "Neftçi" səhvlərimizi bağışlamadı"

Əsgər Abdullayev: "Neftçi" səhvlərimizi bağışlamadı"
XƏBƏR 8 Oktyabr 2012 / 18:52 1941
-  A +

"Uşaqlar mənim istədiyim kimi oynaya bilmədilər. “Neftçi” kimi komanda ilə oyunda bu qədər qol vəziyyəti yaradıb, onlardan yararlana bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev "Neftçi" ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Ə.Abdullayev "Neftçi"nin komandasının buraxdığı səhvləri bağışlamadığını bildirib: "Söz tapa bilmirəm. Böyük klublar az səhv buraxırlar. Eyni zamanda rəqibin buraxdığı səhvləri də bağışlamırlar. Biz də bu gün səhv etdik və “Neftçi” onları bağışlamadı".


Qarabağ FK
Son xəbərlər
topaz banner