Cihan Özkara oynadı, komandası qələbə qazandı

Cihan Özkara oynadı, komandası qələbə qazandı
XƏBƏR 6 Oktyabr 2012 / 18:33 1981
-  A +

Millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu "Erciyesspor" klubu bu gün Türkiyə birinci liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Özkaranın komandası IV tur çərçivəsində səfərdə “Tavşanlı Linyitspor” klubu ilə qarşılaşıb. 

Görüş Kayseri təmsilçisinin qələbəsi ilə başa çatıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan "Erciyesspor" ikinci hissədə dönüş yarada bilib - 2:1. Bu qələbə sayəsində Cihanın komandası 13 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib.

Qeyd edək ki, Cihan Özkara matçın 65-ci dəqiqəsində meydana daxil olub.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner