Berti Foqts köməkçilərini Moskvaya göndərir

XƏBƏR 6 Oktyabr 2012 / 12:42 1558
-  A +

Oktyabrın 12-də Rusiyanın paytaxtı Moskvada Rusiya və Portuqaliya milli komandaları arasında DÇ-2014-ün seçmə mərhələ oyunu keçiriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçiləri Nazim Süleymanov və Olaf Yansen həmin qarşılaşmanı izləyəcək.

Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskvadakı "Lujniki" stadionunda millimiz Rusiya yığması ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner