"Mən Qazaxıstanda, Krasnoarmeyskdə şəhərində anadan olmuşam. Orada hələ də atamın qohumları yaşayır. Ancaq 1 yaşım olanda valideynlərimlə birgə Almaniyaya köçmüşəm. Təbii ki, harada anadan olduğunu bilirəm və Qazaxıstan yığmasının oyunlarını izləyirəm".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun yığmada görmək istədiyi Dmitri Nazarov Qazaxıstan mətbuatına müsahibəsində deyib.
Almaniyanın III liqasında "Prussen Münster" klubunda çıxış edən 22 yaşlı Qazaxıstan əsilli futbolçu Foqtsdan dəvət aldığını, lakin hələlik qərar vermədiyini bildirib: "Berti Foqts köməkçisi Olaf Yansenlə birgə təxminən 1 ay öncə Almaniya kubokunda oyunumuzda oldu. Həmin matçda biz “Verder” üzərində sensasion qələbə qazandıq. Bu oyundan sonra o, bizim məşqçi Pavel Donçevdən məni Azərbaycan yığmasına dəvət etmək istədiklərini deyib. Ardından artıq mən özüm də Foqtsla telefonla danışdım. O, məni hələ yığmanın sentyabrdakı oyunlarına çağırmaq istəyirdi. Ancaq o zaman klubumun vacib oyunları var idi. Buna görə də söhbət oktyabrda Rusiya ilə keçirilicək oyundan gedirdi. Tezliklə Azərbaycan yığmasından yenidən təklif alacağımı istisna etmirəm. Hələ ki, mənim yalnız Almaniya pasportum var. Ancaq keçmiş SSRİ-də anadan olduğu nəzərə alsaq, yəqin ki, Azərbaycan və Qazaxıstan vətəndaşlığını ala bilərəm".
"Əgər həm Qazaxıstan, həm də Azərbaycan millisindən təklif alsanız, hansı komandanı seçəcəksiniz" sualına isə Nazarov belə cavab verib:
"Hələ ki Qazaxıstandan nə mənə, nə də agentimə heç kim müraciət olunub. Buna görə də fikirləşmək tezdir. Əlbəttə, bütün futbolçular yığmada oynamağı arzulayır. Ancaq indi bütüm diqqətim klubumda işlərə yönəlib. “Osnarbryuk”la derbi matçı oynayaq, çempionatda fasilə yaranacaq, o zaman bu barədə düşünməyə vaxt olacaq".
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı