Adrian Skarlatake 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində dubla imza atan ilk futbolçu olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqanın VIII turunun AZAL-la qarşılaşmasında 5 dəqiqəyə 2 qol vuran rumıniyalıya qədər mövsümün 4 avrokubok və 6 çempionat matçında 1 oyuna 2 dəfə rəqibi məyus edən futbolçu olmamışdı.
“Ağ-yaşıllar”ın heyətində bunu bacaran son futbolçu Eder Bonfim ötən mövsümün “Qarabağ”la keçirilən XXXII turunun matçında fərqlənmişdi. O, 145 gün əvvəl mayın 11-də Lənkəran şəhər stadionunda 2 qolun müəllifi olmuşdu.
2012-ci ildə komandanın 2-ci, 2012/13 mövsümündə 1-ci dublunun müəllifi olan Skarlatake mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. Bununla da, o, Branimir Subaşiçlə şərikli "Xəzər Lənkəran"ın bombardiri olub.
“Xəzər Lənkəran” ın 8 illik tarixində 62-ci dublun müəllifi olan Skarlatake özü üçün ilkə imza atıb. O, komandada dubl edən 33-cü futbolçu kimi tarixə düşüb. Bu 62 dubldan 41-i Premyer Liqada, 18-i ölkə kuboku, 3-ü isə Birlik kubokunda qeydə alınıb.
Adrianla bağlı daha bir məqam isə onun 2 qolu 4 dəqiqə intervalında, yəni 5 dəqiqəyə vurmasıdır. Bu isə “Xəzər Lənkəran” tarixində dəfələrlə rast gəlinən hadisədir. Eyni futbolçunun 1 matçda 5 və ya daha az dəqiqəyə 2 qol vurmasına ilk dəfə komandanın debüt mövsümündə təsadüf olunub. Həmin vaxt – 2004/05 mövsümündə “Ədliyyə” ilə matçda Oqtay Dərəlioğlu vurduğu 3 qoldan ikisini 73 və 76-cı dəqiqələrdə, yəni 4 dəqiqəyə rəqib qapısından keçirmişdi. Sonunu belə oyunçu isə İvan Svetkov olub. Bolqarıstanlı 2008/09 mövsümünün I dövrəsində əvvəl “Turan”la görüşün 84 və 87-ci dəqiqələrindəki qolları ilə dubl edib. Sonra isə MOİK-lə poker etdiyi qarşılaşmada 2 qolu 5 dəqiqədə (30-cu və 34-cü) vurub.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı