Böyükağa Hacıyev: "Qarşımızda nə Fələstin, nə də Hindistan yığmaları idi"

Böyükağa Hacıyev: "Qarşımızda nə Fələstin, nə də Hindistan yığmaları idi"
XƏBƏR 4 Oktyabr 2012 / 23:28 2313
-  A +

"Məğlubiyyətə baxmayaraq, komandamın oyunundan razı qaldım".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev İtaliya "İnter"i ilə keçirilən oyundan sonra deyib.

B.Hacıyev rəqiblərinin çox güclü olduğunu bildirib: "Qarşımızda nə Fələstin, nə də Hindistan yığmaları idi. Əgər biz Fələstinə uduzsaydıq, siz indi məni burada tənqid atəşinə tutacaqdınız. Ancaq rəqib "İnter" klubu idi. Bu komanda da Avropanın ən güclü komandalarından biridir".

Qeyd edək ki, "Neftçi" - "İnter" matçı 3:1 hesabı ilə Milan təmsilçisinin xeyrinə başa çatıb.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...