Roman Pokora mövsümün ən yaxşı məşqçisi seçildi

Roman Pokora mövsümün ən yaxşı məşqçisi seçildi
XƏBƏR 20 May 2009 / 11:34 2317
-  A +

azerisport.com saytı Zaqatalanın «Simurq» klubunun baş məşqçisi Roman Pokoranı 2008/2009-cu il mövsümü üçün Azərbaycanın ən yaxşı məşqçisi elan edib. Saytdan Qol.Az-a verilən məlumata görə, bununla bağlı R.Pokoraya xüsusi mükafatı Peşəkar Futbol Liqası verəcək.
Xatırladaq ki, Pokoranın rəhbərliyi «Simurq» bu mövsüm premyer-liqada keçirdiyi 26 oyunun 16-da qələbə qazanıb, 5-də heç-heçə edib, 5 oyunda isə məğlub olub. Rəqib qapısına 39 qol vuran «Simurq» öz qapısından 20 top buraxıb. «Simurq» üçüncü yeri tutmaqla yanaşı, ölkəmizi Avroliqada təmsil etmək hüqüqu qazanıb.

 

Daha çox


Son xəbərlər
15.06.25  15:10

"Milan"dan ayrılır