İtaliya Futbol Federasiyasının (FİGC) Roma şəhərindəki ofisində və “Napoli” klubunun bazasında polislər axtarış aparıb.
Qol.Az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının əsas diqqəti “Napoli”nin transfer fəaliyyəti ilə bağlı sənədlərə yönəlib.
Polislər sənədlərin bir hissəsini, o cümlədən, klubun maliyyə hesabatını, futbolçuların müqavilələrini və oyunçuların agentləri ilə sövdələşmələri götürüb.
“Napoli” İtaliya futbolunda 2012-ci ilin mayında danışılmış oyunlarla bağlı başlanan genişmiqyaslı araşdırmalar zamanı hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. İyulun əvvəllərində klub prezidenti Valter Matsarri, habelə bir qrup oyunçu dindirilib. İtaliya polisi “Napoli”nin iştirakı ilə 2010-2011-ci il mövsümündə keçirilmiş matçlardan şübhələnir. Həmin vaxt komanda İtaliya A seriyasını 3-cü pillədə başa vuraraq, Çempionlar Liqasına vəsiqə qazanıb.
Qeyd edək ki, bu mövsüm “Napoli” ikinci pillədə qərarlaşıb. Neapol komandası 6 oyundan 16 xal yığıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi