Vaqif Sadıqov ilk məğlubiyyəti şərh etdi

XƏBƏR 3 Oktyabr 2012 / 21:32 2527
-  A +

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında "Xəzər Lənkəran"a 0:2 hesabı ilə uduzan AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, V.Sadıqov komandasının oyunboyu daha üstün oynadığını bildirib:

"Oyuna ciddi hazırlaşmışdıq, qələbə qazanmaq əzmində idik. Oyun boyu komandamız üstün oynasa da, ustalıq səviyyəsində “Xəzər Lənkəran”a uduzduq. Komandanın bugünkü oyunu düz yolda olduğumuza inamı artırır".


Qarabağ FK
Son xəbərlər
topaz banner