Bu gün "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, o, sabah "İnter"ə qarşı keçiriləcək Avroliqanın oyunu ilə bağlı sualları cavablandırıb.
- Sabah Azərbaycanda 21-ci əsrin ən böyük oyunu olacaq. Mən inanıram ki, sabahkı oyundan sonra biz bir daha Azərbaycan futbolunun inkişafda və düzgün yolda olduğunu hamıya sübüt edəcəyik. Sabahkı qarşılaşmada biz dünyanın on nəhəngindən biriylə görüşəcəyik. Ancaq deyim ki, mən bu gün rəqibin adından və titullarından çəkinmirəm. İnanıram ki, futbolçular da mənim kimi düşünürlər. Bir daha sübut edəcəyik ki, «Neftçi» Avropada növtəti tarix yazmağa qadirdir.
Çalışmışıq ki, bu az müddətdə "İnter"i bütün dəqiqliyi ilə öyrənək. Rəqibimizə böyük hörmətlə yanaşırıq. "İnter"də dünya şöhrətli oyunçular var. "İnter"in son beş oyununa baxmışam. Diqqət çəkən fakt odur ki, komanda bu görüşlərdə sabit heyətlə oynamayıb. Bu ola bilər ki, baş məşqçinin əlinin altında futbolçuların çox olması ilə bağlıdır. Amma o komanda əla sayıla bilər ki onun sabit heyəti olsun. Ola bilər ki, mənim gənc həmkarım hələ eksperimentlər aparır. Bunların hamısını nəzərə alaraq, «İnter»ə qarşı öz oyunumuzu oynayacağıq. Biz sabah italiyalıları öz silahı ilə («Neftçi»»nin yarıitalyan futbolçusu Bruno Bertuççi nəzərdə tutulur - red.) vurmağa çalışacağıq.
- «İnter» Bakıya aparıcı futbolçularını gətirməyib. Bunu komandanıza qarşı hörmətsizlik kimi qəbul etmirsiniz?
- «Neftiçi»nin heyətində də Cavid İmamverdiyev oynamayacaq. «İnter» Milan derbisinə görə futbolçularını Bakıya gətirməyib. Görünür, həmin oyunun əhəmiyyəti Avropa qrup mərhələsinin oyunlarından daha əhəmiyyətlidir. Həm də nəzərə alaq ki, rəqibin məşqçinin əlinin altında 37 futbolçu var.
- «İnter»də əsas heyətə düşmək istəyən futbolçuların çoxluğu sizi çətinlik yaratmayacaq?
- Mən çox istərdim ki, Milito, Kassano, Zanetti bizə qarşı oynayaydı. Çünki onlar öz futbollarının qürüb çağını yaşayırlar. Onlar dağın zirvəsini görüb qayıdıblar. İndikilər isə dağa çıxmaq istəyənlərdir.
- Dediniz ki, Cavid İmamverdiyev oynamayacaq. Bəs komandanızda hər hansı başqa problem varmı?
- Cavid səhhətindəki problemə görə oynamayacaq. Qalanların ilə bağlı vəziyyət yaxşıdır.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı