Premyer Liqanın dörd oyunu canlı yayımda

XƏBƏR 3 Oktyabr 2012 / 15:28 2528
-  A +

Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək beş oyunundan üçü televiziya ilə canlı yayımlanacaq.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, "İdman Azərbaycan" kanalı aşağıdakı oyunları birbaşa nümayiş etdirəcək:

3 oktyabr (çərşənbə)

AZAL – “Xəzər Lənkəran”
AZAL Arena, 18:30 (canlı, "İdman Azərbaycan")

4 oktyabr (cümə axşamı)

“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00 (canlı, "İdman Azərbaycan")

“Rəvan” – “İnter”
Bayıl Arena, 19:00 (canlı, "İdman Azərbaycan")


Bundan başqa, azarkeşlər pfl.az saytında lider "Simurq”la “Sumqayıt”ın oyununa canlı baca biləcəklər. Bu qarşılaşma oktyabrın 4-ü, saat 18:00-da start götürəcək.

Daha çox


Son xəbərlər