Şakira azarkeşlərə səsləndi

Şakira azarkeşlərə səsləndi
XƏBƏR 2 Oktyabr 2012 / 16:42 2428
-  A +

Dünya şöhrətli super ulduz Şakira bu ay Bakıda keçiriləcək iki çıxışı ilə bağlı azərbaycanlı azarkeşlərə müraciət edib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, kolumbiyalı pop ulduz oktyabrın 13-də FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final oyunundakı çıxışı və növbəti gün Bakı Kristal Zalında keçirəcək solo konserti ilə bağlı pərəstişkarlarına belə deyib:

"Ümid edirəm ki, siz də mənim kimi oktyabr ayının on üçündə, eləcə də on dördündə Bakı Kristal Zalı canlandırmağı səbirsizliklə gözləyirsiniz".

Qeyd edək ki, Şakiranın Azərbaycandakı ilk çıxışı dünya çempionatının Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək final oyunundan öncə planlaşdırılıb.

Qeyd: Videomüraciətə baxmaq üçün affavideo.az saytına daxil ola bilərsiniz.

Son xəbərlər