Foqts Elnur Allahverdiyevdən imtina etdi

Foqts Elnur Allahverdiyevdən imtina etdi
XƏBƏR 2 Oktyabr 2012 / 16:21 2457
-  A +

Azərbaycan milli komandasının oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak üçün "Xəzər Lənkəran" klubunun üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvət millinin baş məşqçisi Berti Foqts tərəfindən ləğv olunub.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun səbəbi Premyer Liqanın VII turu çərçivəsində, sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş "Turan" - "Xəzər Lənkəran" oyunu zamanı Elnur Allahverdiyevin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdır.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...