"Bakı" və AZAL-ın futbolçuları Latviya millisinə çağırıldı

XƏBƏR 1 Oktyabr 2012 / 20:19 1518
-  A +

Latviya millisinin baş məşqçisi Aleksandr Starkov Slovakiya və Lixtenşteynə qarşı keçiriləcək DÇ-2014-ün seçmə oyunlarına dəvət etdiyi futbolçuların siyahısını açıqlayıb.

Qol.Az-ın Latviya Futbol Federasiyasının saytına istinadən yaydığı məlumata görə, qarşıdakı matçlara dəvət edilənlər sırasında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu - müdafiəçilər Oskar Klyava (AZAL), Denis İvanovs ("Bakı") və hücumçu Marius Verpakovskis ("Bakı") də yer alıb.

Bundan başqa, "Qəbələ"nin sabiq qapıçısı, hazırda Lipetsk "Metallurq"unda oynayan Pavel Doroşevs də Starkovun dəvət etdiyi futbolçular sırasındadır.


Son xəbərlər