"İnter" əsas oyunçularını Bakıya gətirməyə bilər

"İnter" əsas oyunçularını Bakıya gətirməyə bilər
XƏBƏR 1 Oktyabr 2012 / 20:06 3330
-  A +

"İnter" Bakıya, "Neftçi" ilə Avropa Liqasının oyununa bir neçə aparıcı oyunçusunu gətirməyə bilər.

Qol.Az-ın məlumatına görə, bu haqda İtaliyanın calciomercatoweb.it saytı xəbər yayıb.

Məlumatda qeyd olunub ki, baş məşqçi Andrea Stramoççini həftəsonu "Milan"la A seriyasındakı derbi matçını nəzərə alaraq, bəzi aparıcı futbolçularılarına istirahət vermək istəyir. Konkret olaraq, söhbət Diyeqo Milito, Estaben Kambyasso, Rikardo Alvares, Havyer Zanetti və ya Yuto Naqamotodan gedir. Bundan başqa, Stramoççininin zədəsini yenicə sağaldan argentinalı Rodriqo Palasionu Bakıya gətirməyəcəyi dəqiqləşib.

İtaliya mətbuatı yazır ki, "Milan"la oyun ərəfəsi Bakıya Avroliqanın oyununa məcburi səfər "İnter"i narahat edir. Ona görə də onlar Avroliqanın görüşünə Milan derbisi qədər önəm vermirlər.

Qeyd edək ki, "İnter"lə "Milan" arasındakı derbi "Neftçi" ilə görüşdən üç gün sonra, oktyabrın 7-də baş tutacaq. 

Son xəbərlər