"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo "Çelsi"nin kapitanı Con Terrinin irqçiliklə bağlı cəzalandırılmasına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "CNN"ə danışan portuqaliyalı mütəxəssis Terrinin irqçi olmadığını deyib:
"Terri "irqçi" deyil. Bunu 100 faiz bilirəm. Mən "Çelsi"də işlədiyimiz zamanlar komandada tam 12 afrikalı futbolçu çıxış edirdi və Terrinin hamısı ilə münasibəti yaxşı idi. Onun Ferdinandla yaşanan mübahisəsinə gəldikdə isə bunlar futbolun içində zamanla olur.
Ola bilər ki, rəqibinə qarşı hansısa bir irqçi hərəkət etmişdi. Buna görə onu cəzalandırmaq lazımdır. Ancaq xahiş edirəm ona "irqçi" deməyin. Bunu Didye Droqba, Ceremi Cetap, Klod Makelele və digər Afrika əsilli futbolçular da təsdiqləyəcəklər ki, Terri "irqçi" deyil".
Qeyd edək ki, Terri "Kvins Park Reyncers"in qaradərili futbolçusu Anton Ferdinandın ünvanına irqçi ifadələr işlətdiyi üçün 4 oyunluq cəzalandırılıb. İngilis futbolçu üstəlik 220 min funt-sterlinq məbləğində cərimələnib.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı