Kemal Alispahiç: “Oyuna nəzarəti itirdik”

Kemal Alispahiç: “Oyuna nəzarəti itirdik”
XƏBƏR 30 Sentyabr 2012 / 22:53 1779
-  A +

“İkinci dönüşümdən sonra “Rəvan”da ilk oyunum idi. Komandanın potensialı var, işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım”.

Bu sözləri bu gün evdə “Kəpəz”ə 1:2 hesabıyla uduzan “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç deyib.

O, taktiki cəhətdən səhvə yol verdiklərini də etiraf edib:

“Taktiki səhvlərimiz oldu. Oyuna nəzarəti itirdik, ona görə iki qol buraxdıq. Heyətlə bağlı dəyişiklik olmayacaq, lakin futbolçular topla davranmağı bacarmalıdırlar. “Kəpəz” bu gün qələbəyə layiq olmasa da, bəxtləri sayəsində 3 xalı qazandılar”.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...