“Barselona”dan üç yaxşı xəbər

XƏBƏR 30 Sentyabr 2012 / 18:39 3219
-  A +

“Barselona”nın zədəsini sağaldan üç futbolçusu – müdafiəçilər Karles Puyol, Adrianu və yarımmüdafiəçi Andres İniyesta bu gün komandanın ümumi hazırlığına qoşulublar.

Qol.Az-ın xəbərinə görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, adları çəkilən futbolçular oktyabrın 2-də Portuqaliyada “Benfika”ya qarşı keçiriləcək Çempionar Liqasının qrup mərhələsinin oyununda iştirak edə biləcəklər.


Son xəbərlər
topaz banner