Bu gün keçiriləcək Azərbaycan Premyer Liqasının VII turunda “Qəbələ” AZAL-ı qəbul edəcək.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu oyun yeni baş məşqçi təyin olunan Ramiz Məmmədovun bu postda ilk oyunu olacaq.
“Qəbələ” və AZAL tarixlərində 17-ci dəfə görüşəcək. Komandaların duelləri tarixi 2006-cı il noyabrın 4-də başlayıb. Həmin vaxt fərqli adlarla meydana çıxan komandalar indiki kimi Qəbələdə üz-üzə gəlib. “Gilan”la “Olimpik”ə qarşı həminki görüş elə indi olduğu kimi Ramiz Məmmədovun baş məşqçi postunda ilk oyunu idi.
2156 gündən sonra yenidən “Qəbələ”ni meydana çıxaracaq mütəxəssis yenə eyni rəqiblə görüşdə debüt edəcək. Bu dəfə qayıdışdan sonrakı debüt rəsmiləşəcək.
- Bütün oyunlar:
2006/07 04.11.2006 Premyer Liqa Gilan (Qəbələ) - Olimpik (Bakı) 0:3
2006/07 03.05.2007 Premyer Liqa Olimpik (Bakı) - Gilan (Qəbələ) 3:1
2007/08 02.09.2007 Premyer Liqa Qəbələ - Olimpik (Bakı) 0:1
2007/08 15.03.2008 Premyer Liqa Olimpik (Bakı) - Qəbələ 2:0
2008/09 18.10.2008 Premyer Liqa Olimpik (Bakı) - Qəbələ 1:0
2008/09 25.02.2009 Azərbaycan kuboku Olimpik (Bakı) - Qəbələ 0:1
2008/09 11.03.2009 Azərbaycan kuboku Qəbələ - Olimpik (Bakı) 1:1
2008/09 12.04.2009 Premyer Liqa Qəbələ - Olimpik (Bakı) 1:1
2009/10 17.10.2009 Premyer Liqa Qəbələ - Olimpik-Şüvəlan (Bakı) 2:1
2009/10 04.11.2009 Azərbaycan kuboku Olimpik-Şüvəlan (Bakı) - Qəbələ 2:0
2009/10 11.11.2009 Azərbaycan kuboku Qəbələ - Olimpik-Şüvəlan (Bakı) 1:0
2009/10 02.02.2010 Premyer Liqa Olimpik-Şüvəlan (Bakı) - Qəbələ 0:2
2010/11 23.10.2010 Premyer Liqa Qəbələ - AZAL (Bakı) 0:0
2010/11 19.12.2010 Premyer Liqa AZAL (Bakı) - Qəbələ 2:2
2011/12 19.08.2011 Premyer Liqa Qəbələ - AZAL (Bakı) 1:1
2011/12 05.11.2011 Premyer Liqa AZAL (Bakı) - Qəbələ 3:0
- “Qəbələ” – AZAL oyunlarının balansı
Çempionatda:
Cəmi: +2=4-6, top fərqi – 9:18
Evdə: +1=3-2, top fərqi – 4:7
Səfərdə: +1=1-4, top fərqi – 5:11
Kubokda:
Cəmi: +2=1-1, top fərqi – 3:3
Evdə: +1=1-0, top fərqi – 2:1
Səfərdə: +1=0-1, top fərqi – 1:2
Bütün turnirlər
Cəmi: +4=5-7, top fərqi – 12:21
Evdə: +2=4-2, top fərqi – 6:8
Səfərdə: +2=1-5, top fərqi – 6:13
- “Qəbələ” – AZAL oyunlarından məqamlar
* “Qəbələ”nin 88 futbolçusu AZAL-la qarşılaşmalarda forma geyib.
* Abdulkader Kamara hamıdan çox – 5 mövsümdə AZAL-a qarşı oynayıb.
* Kamara 10, Pavel Doroşev, Vurğun Hüseynov hərəyə 9, Lyubo Baranin, Qoqa Beraya və Samir Zərgərov hərəyə 8 dfə bu oyunlarda “Qəbələ” forması geyib.
* Doroşev hamıdan çox – 810, Hüseynov 773, Baranin 720 dəqiqə AZAL-a qarşı oynayıb.
* “Qəbələ”nin AZAL-a vurduğu 12 qola komandanın 7 futbolçusu imza atıb.
* Kənan Kərimov hamıdan çox – 3, Kristan Torreslə Fərzad Hatəmi hərəsi 2 dəfə fərqlənib. Milan Antiç, Deon Barton, Vitali Balamestnı və Arif İsayevin hesabında 1 belə qol var.
* 16 oyunda qeydə alınan yeganə avtoqol AZAL-ın futbolçusu Alves Dos Santosun hesabındadır. O, 2009-cu il oktyabrın 17-də Qəbələdə öz qapısına qol vurub.
* AZAL-la oyunlarda qapıda duran 5 qolkiperdən Doroşev 8, Elnar Kərimov 6, Rəşad Mustafayevlə Zurab Mamaladze hərəyə 3, Cahangir Həsənzadə 1 qol buraxıb.
* 16 oyunda hakimlər “Qəbələ”nin 25 futbolçusuna ümumilikdə 43 vərəqə göstərib. Kamara 6, Antiç, Vurğun Hüseynov, Baranin, Beraya hərəyə 3, Turnike Aptsiauri, Zərgərov, Razvan Tarlea, Yaşar Abuzərov, Anatoli Tebloyev hərəyə 2, Kənan Kərimov, Hatəmi, Balamestnı, Anatoli Ostap, Əli İsmayılov, Tomaş Stolpa, Mikayıl Namazov, İrakli Vaşakidze, Vüqar Həsənov, Daniel Lopes Kruz, Mahir Şükürov, Viktor Mendi, Azər Cabbarov, Bokunqu Ncioli Fiston, Bruno dos Anjos 1 dəfə vərəqə alıb.
* Bu vərəqələrdən 3-ü qırmızı olub. Kamara 1, Antiç və Şükürov komandanı azlıqda qoyub.
* “Qəbələ” AZAL-la oyunlarda 2 penalti vurub. Hər 2 zərbəni Kənan Kərimov dəqiq yerinə yetirib. Rəqib isə yeganə belə şansında Elnar Kərimovu məyus edib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı