Sneyder "Neftçi"yə qarşı oynamayacaq

XƏBƏR 28 Sentyabr 2012 / 12:44 2059
-  A +

İtaliyanın "İnter" klubunun futbolçusu Uesli Sneyderin "Neftçi" ilə oktyabrın 4-də keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyununu buraxacağı dəqiqləşib.

Qol.Az-ın goal.com saytına istinadən yaydığı məlumata görə, "Kyevo" ilə İtaloiya çempionatının son turunda zədələnən hollandiyalı futbolçu bu həftə A seriyasında "Fiorentina" ilə matçda iştirak etməyəcək.

Onun gələn həftə "Milan"la keçiriləcək derbi matçında meydana çıxmayacağı da bildirilir.

 


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner