“Hər şeydən öncə qardaş ölkə təmsilçisini burada görməkdən çox məmnunuq. Fürsət düşən kimi biz də Azərbaycana gəlmək istəyirik. Bu gün gözəl oyun və gərgin mübarizənin şahidi olduq. “Qəbələ”nin heyətində çox istedadlı futbolçular var".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Fənərbaxça" Futbol Akademiyasının direktoru Şenol Çorlu "Qəbələ" U-16-sına qarşı keçirilən yoxma oyunundan (1:1) sonra bildirib.
O, “Qəbələ”nin futbolun inkişafı istiqamətində gördüyü işləri dəyərləndirərək komandanın doğru yolda olduğunu söyləyib: "İnfrastrukturun inkişafı istiqamətində Qəbələdə görülən işlərdən xəbərdarıq. Ötən mövsümün sonunda keçirdiyiniz beynəlxalq turnir haqqında xoş sözlər eşitmişik. Əminliklə deyə bilərəm ki, doğru yoldasınız”.
“Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı komandanın isə əvvəlki dövrlə müqayisədə təcrübə və oyun üslubu baxımından xeyli inkişaf etdiyini bildirib: “1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandamız bir çox turnirlərdə və xarici səfərlərdə olub. Əvvəlki dövrdə futbolçularımızın fiziki baxımdan rəqiblərindən geri qalırdılar. Lakin son iki oyunda – “Beşiktaş”a və “Fənərbaxça”ya qarşı matçlarda komandamız yüksək səviyyəli oyun nümayiş etdirdi. Futbolçularımız həm fiziki, həm də psixoloji baxımdan yaxşı mübarizə apardılar. Hesabda geri düşmələrinə baxmayaraq, oyunun tempini aşağı salmadılar və sona qədər “döyüşdülər”. Bütün bunlar düzgün yolda olduğumuzu sübut edir. Hələ ki, komandamız potensialının 40 faizini nümayiş etdirir. Potensialımızın 80-90 faizini nümayiş etdirəcəyimiz təqdirdə futbolçularımız həm “Qəbələ”nin əsas komandası, həm də Azərbaycan yığmasında çıxış üçün tam hazır olacaqlar”.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov