İstanbulda təlim-məşq toplanışında olan “Qəbələ”nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu dəfə təmsilçimizin rəqibi Türkiyənin ən tanınmış klublarından sayılan “Fənərbaxça” olub.
Dərəağzı Təsislərində baş tutan matçın ilk hissəsi bərabər mübarizə şəraitində keçib. Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq birinci yarıda hesab açılmayıb.
İkinci yarıya “Qəbələ” daha sürətli başlayıb. Lakin hücuma aludə olan komanda əks-hücumda yaxalanıb və qapısında qol görüb. Hesabda geri olmasına baxmayaraq ruhdan düşməyən "Qəbələ" hücumlarının kəsərini artırıblar. Bunun məntiq nəticəsi kimi “Fənərbaxça”nın qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər reallaşdırılıb. Öncə komandanın kapitanı Romal Hüseynov diqqət mərkəzinə düşüb. O, fərdi ustalıgı sayəsində müdafiə xəttini yarsa da, sonda zərbəsi qeyri-dəqiq alınıb. Ardından isə Fərid Əsədli əlverişli epizodu dəyərləndirə bilməyib. O, qapı önünə ötürülən topa başla toxunsa da, “meşin yuvarlaq” hədəfdən yan keçib. İstanbulluların müdafiə xəttini təzyiq altında saxlayan “Qəbələ”nin növbəti hesabı dəyişmək şansı Ülvi İskəndərovun ayağına yazılıb. Lakin o da qeyri-dəqiqliklə yadda qalıb. Matçın 80-ci dəqiqəsində “Qəbələ” nəhayət ki, öz istəyinə çatıb. Çingiz Hüseynovun ideal ötürməsini Coşqun Süleymanov qapıçının başı üzərindən tora göndərib – 1:1.
Qarşılaşmanın qalan dəqiqələrində komandanın daha bir neçə fərqlənmək imkanı olsa da, hesab dəyişməyib və “Qəbələ” İstanbuldakı ikinci yoxlama oyunundan da heç-heçə ilə ayrılıb.
Xatırladaq ki, “Qəbələ” ilk oyunda “Beşiktaş”la sülh bağlamışdı – 2:2. Növbəti görüş sentyabrın 27-də baş tutacaq. Təmsilçimiz yenidən “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov