Avropa Superkubokun finalında het-triklə yadda qalan "Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Çelsi"nin sahibi Roman Abramoviç kolumbiyalı futbolçunun transferi üçün "Atletiko"ya fantastik məbləğ təklif edib.
Rusiyalı iş adamı Falkaonun keçidinə 56 milyon avro (45 milyon funt-sterlinq) xərcləməyə hazırdır. Futbolçu da "Çelsi"nin təklifini müsbət qarşılayıb. Tərəflər arasında razılıq əldə olunarsa, Falkao yanvar ayından "Çelsi"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, ötən mövsüm "Porto"dan "Atletiko"ya transfer edilən Falkao keçirdiyi 38 oyunda 30 qola imza atıb.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video