Qurban Qurbanov: "Üzərimdə psixoloji sarsıntı var idi"

XƏBƏR 24 Sentyabr 2012 / 00:29 3622
-  A +

“Çətin oyun oldu. Komandada müəyyən psixoloji sıxıntı var idi. O cümlədən də özümdə. Bizim üçün əsas 3 xalı qazanmaq idi, buna da müdafiədə diqqətli oyunla nail olduq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın VI turu çərçivəsində səfərdə “Turan”ı məğlub edən (1:0) “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi komandasının sona kimi mübarizə apardığını bildirib: “Oyun intizamını pozmadıq. Qol vurmaq üçün imkanlar yaradırdıq. Hər iki komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner