“Çalışırıq, məşqləri məhdudlaşdıraq”

“Çalışırıq, məşqləri məhdudlaşdıraq”
XƏBƏR 23 Sentyabr 2012 / 13:25 2062
-  A +

“17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar, ölkə çempionatının bir sıra oyunları Sumqayıta təyin olunub. Biz də əlimizdən gələn köməyi etməliyik. Qazonu yaxşı vəziyyətdə saxlamağa çalışacağıq. Amma yüklənmə var”.

Bu sözləri Qol.Az-a açıqlamasında Sumqayıtdakı Mehdi Hüseynzadə adına Şəhər stadionunun direktoru Rizvan Rəsulov deyib.

Rəsulov matç öncəsi komandaların arenada məşq etməməsini məhz bu amillə bağlayıb: “Çalışırıq ki, məşqləri bir qədər məsdudlaşdıraq. Çünki qrafik sıxdır, oyunlar da ard-arda gəlir. Bu üzdən biz də çatdırıb ot örtüyünü hazır vəziyyətə gətirə bilmirik”.

Qeyd edək ki, sentyabrın 20-də Sumqayıt stadionunda "Xəzər Lənkəran" - "Simurq" matçı keçirilib. Bugün eyni arenada AZAL "İnter"i qəbul edəcək. Sabah isə "Sumqayıt" "Neftçi" ilə qarşılaşacaq.

Son xəbərlər