Ançelotti : “Artıq Pirlonun alternativi var”

Ançelotti : “Artıq Pirlonun alternativi var”
XƏBƏR 22 Sentyabr 2012 / 02:43 2567
-  A +

Fransanın PSJ klubunun italiyalı məşqçisi Karlo Ançelottinin fikrincə, artıq İtaliya millisində Andrea Pirlonu əvəzləyəcək layiqli futbolçu var.

Təcrübəli mütəxəssis İtaliya mətbuatına açıqlamasında bu yerə layiq hesab etdiyi futbolçunun adını da açıqlayıb:

“Düşünürəm ki, növbəti mundialda İtaliya millisinin orta xəttində Pirlonu əvəzləyəcək futbolçu olacaq. Mən 19 yaşlı Marko Verattini Andreoya ən layiqli alternativ sayıram. O, əla futbolçudur. Ancaq təbii ki, öyrənməsi gərəkən şeylər də çoxdur”.

Qeyd edək ki, Verratti bu yaya 12 milyon avroya İtaliyanın “Peskaro”klubundan PSJ-ə keçib.

Son xəbərlər