Sabah Azərbaycanda start götürəcək U-17 qızlar arası dünya çempionatı öncəsi FİFA prezidenti Yozef Blatter Bakıda mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, öncə giriş nitqi söyləyən FİFA prezidenti daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Çox sağ olun cənab AFFA prezidenti Rövnəq Abdullayev, qonaqlar, media nümayəndələri, hamınız xoş gəlmişsiniz. Sentyabrın 22-dən oktyabrın 13-ə kimi Azərbaycanda təşkil olunacaq 17 yaşadək qızlar arasındakı dünya çempionatının yüksək səviyyədə keçəcəyinə inanıram. Azərbaycan və onun paytaxtı Bakı bu çempionatı keçirməyə tam hazırdır, görülən işlər, təşkilatçılıq FİFA olaraq, bizi qane edir. Bu, çox mötəbər bir turnirdir, Azərbaycan üçün də çox böyük önəm daşıyır. AFFA yarışı ən yüksək səviyyədə təşkil etmək üçün bütün şəraiti yaradıb. Təsəvvür edin, Cenifer Lopez kimi müğənni bu açılışda iştirak edəcək. Bundan gözəl nə ola bilər? Ümumiyyətlə, son illər dünyada qadın futboluna maraq xeyli artıb. Mən İngiltərədə keçirilən çempionatı qeyd edərdim. Orada oyunlara 600 min bilet satılmışdı. Bunun özü artıq böyük göstəricidir. Yenidən Bakıdakı təşkilatçılığa qayıdaraq, qeyd edim ki, burada hər şey FİFA-nın tələblərinə uyğun həyata keçirilib. Nisbətən kiçik stadionların seçilməsi də müsbət haldır. Çünki biz Yaponiyada keçirilən çempionatda gördük ki, böyük tutumlu stadionlarda tribunalar tam dolmamışdı. Bu mənada nisbətən kiçik tutumlu stadionlarda oyunun ajiotajı daha böyük olur. 15-20 minlik stadionlarda oyunu keçirmək daha böyük zövq verir.
- Bu çempionatı yüksək səviyyədə təşkil etmək Azərbaycanın AÇ-2020-ə ev sahibliyi etmək şansını artıra bilər?
- Azərbaycanın AÇ-2020-ə təşkilatçılığımı irə sürməsi çox müsbət haldır. 17 yaşadək qızlar arasındakı dünya çempionatının yüksək səviyyədə təşkili Azərbaycanın AÇ-2020-ə ev sahibliyi etmək şansını artırır.
- Budəfəki çempionatda Avropadan cəmi üç iştirakçı ölkə var. Bu, sizi narahat etmir ki?
- Ümumiyyətlə, burda elə sistem qurulub ki, bütün qitələr dünya çempionatında təmsil olunsun. Burada əsas kəmiyyət yox, keyfiyyətə üstünlük verilir.
- Təşkilatçılığı Azərbaycana verməkdə çoxmu düşündünüz?
- Bizim üçün rahat qərar oldu, heç bir çətinlik olmadı. Çünki AFFA dörd il idi bizə müraciət edirdi. Biz də Azərbaycanın səylərini, cəhdlərini yüksək qiymətləndirib ev sahibliyini onlara verdik.
- Bildiyiniz kimi, oyunlar təkcə Bakıda yox, Lənkəranda da keçiriləcək. Bu şəhərə səfər etmək planınız var?
- Təəssüf ki, FİFA-dakı işlərimlə əlaqədar Azərbaycanda çox qala bilməyəcəyəm. Cəmi üç oyunu izləyəcəyəm. Sabah burda olacağam. Amma sabah Lənkəranda oyun olmayacaq. İmkanım olsa, böyük məmnuniyyətlə gedib izləyərdim. Ancaq dediyim kimi, təəssüf ki vaxtım olmayacaq.
- Azərbaycanın qrupdan çıxmaq şansını necə görürsünüz?
- Mən peyğəmbər deyiləm ki, öncədən nəsə deyim. Əgər hansısa proqnozum düzgün çıxsa, bu hardasa təşkilatçılıq üçün dağıdıcılıq olar (gülür). Qrupdan çıxmaq bütün komandalar üçün çətin olacaq.
- Bu ili Azərbaycan üçün uğurlu saymaq olar. "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması da buna bariz sübutdur. Sizin də bu haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Bu uğur münasibətilə sizin hamınızı təbrik edirəm. Əlbəttə, "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə düşməsi böyük uğurdur. Bu, eyni zamanda Azərbaycanda klub futbolunun da inkişaf etdiyini göstərir.
- Süni meydançalarla bağlı narazılıqlar günü-gündən artır. FİFA nə vaxtsa buna qadağa qoyacaq?
- Süni meydançalardan istifadə etmək olar. Təbii ki, istənilən komanda bundan imtina edə bilər. Ancaq bugün İngiltərədə, İtaliyada süni örtüklü meydançalar var. Təkcə İtaliyada 1300 süni meydança var. Təbii, söhbət keyfiyyətdən gedir. Elə örtüklər var ki, sintetik örtüklə təbii örtüyün qarışığıdır və səhv etmirəmsə, Milandakı məşhur “San Siro”da bu sistemdən istifadə etmək istəyirlər.
- Sizcə, müasir futboldakı hakim səhvlərinin qarşısını almaq üçün yeni texnologiyadan istifadəyə ehtiyac varmı?
- Bunu Yaponiyada tətbiq etdik. Ancaq təəssüf ki, özünü doğrultmadı. Lempartın Almaniya - İngiltərə matçında qeydə alınmayan qolundan sonra dedim ki, bu, belə davam edə bilməz. Odur ki, qərara aldıq ki, iki sistemdən istifadə edək. Qarşıdan gələn növbəti Konfederasiyalar kubokunda bundan istifadə edəcəyik.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video