Avropa Liqasının qrup mərhələsinin bu gün Belqradda “Neftçi”yə qarşı keçirilən ilk oyunundan (1:1) sonra “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviç mətbuat konfransı keçirib.
Qol.Az-ın Serbiyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, o, əvvəlcə oyunla bağlı təəssüralarını bölüşüb:
- Çox ağır oyun oldu. Rəqibin qol vurmaq üçün bir neçə imkanı var idi. "Neftçi"ni təbrik etmək istəyirəm. Onlar bu oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün xal qazanmaq istəyirdik. Növbəti oyunlarımız bundan daha çətin olacaq. Bizi daha da ağır oyunlar gözləyir. Bizim istifadə etməyimiz real bir şansımız oldu. Ümid edirəm ki, bundan sonra daha da yaxşı çıxış edə biləcəyik.
- “Neftçi” Avrokuboklarda evdə neçə ildir uduzmur. Son məğlubiyyəti “Srvena Svezda” ilə oyunda olub.
- Hər şeyin bir sonu olur. Bu da bizimlə oyunda olar.
- "Neftçi"nin baş məşqçisi dedi ki, biz bir xal qazanmadıq, iki xal itirdik. Siz bununla razısınız?
- Yox, həmkarəmın fikriylə razı deyiləm. Hərə öz oyununu öz istədiyi kimi görür. Hamının istədiyi kimi düşünməyə haqqı var. Fürsətdən istifadə edib, öz azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onlar son dəqiqəyə qədər komandalarını dəstəklədilər.
- Qrupda məqsədiniz nədir?
- Bütün iştirakçılar birincilik uğrunda yarışacaqlar. Əgər biz fikirləşsək ki, 2-ci, yaxud 3-cu olacağıq, onda heç nəyə nail olmaq mümkün olmayacaq.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır