Azərbaycan Premyer Liqasının IV turundan təxirə salınmış oyun çərçivəsində bu gün Sumqayıtda “Xəzər Lənkəran”ın qonağı olacaq “Simurq”un icraçı direktoru Vaqif Əliyev Qol.Az-a müsahibə verib.
- “Xəzər Lənkəran”la oyunun gözlənilmədən Sumqayıta təyin olunması planlarınızı pozmadı?
- Özünüz də bilirsiniz ki, uzun müddətdir bu oyun ətrafında söz-söhbət gedir, ajiotaj böyükdür. “Rəvan”la V tur matçından sonra bizə dedilər ki, “Xəzər Lənkəran”la oyun Zaqatalada keçiriləcək. Belə olan halda biz də Zaqatalaya gedib yenidən geri qayıdası olduq. Təbii ki, qərar qəbul olunub və buna hörmətlə yanaşırıq. Ancaq dediyim kimi, planlarımız pozuldu. Çünki ev oyununa hazırlaşdığın vaxt anidən xəbər gəlir ki, səfərə çıxacaqsan.
- Adətən? “Xəzər Lənkəran” öz ev oyunlarının canlı yayınlanmasında maraqlı olmur. Ancaq bugünkü qarşılaşmanın canlı yayınlanacağı planlaşdırılır...
- Bizim buna münasibətimiz çox müsbətdi. Bildiyiniz kimi, Peşəkar Futbol Liqası dünən yeni sponsorluq müqaviləsi bağladı. Anlaşmaya görə, sponsor hər turun üç oyununu canlı yayınlamağı üzərinə götürüb. Bu da ilk olaraq, bizim oyunumuza təsadüf edib. Bəzi şübhələr gəzir ki, yeni sponsor hansısa oyunun nəticəsini öz xeyrinə dəyişə bilər, oyuna müdaxilə edə bilər, amma biz, buna inanmırıq. Əksinə, düşünürük ki, matçın canlı yayınlanması onu göstərir ki, həm PFL, həm də yeni sponsor hər şeyin şəffaf olmasının tərəfdarıdır.
- Oyuna Elçin Məmmədovun baş hakim təyin olunmasından hər hansı narazılığınız yoxdur ki?
- Xeyr. Elçin Məmmədov ölkənin ən təcrübəli hakimlərindən hesab olunur. İlk turda bizim “Qəbələ” ilə oyunumuzu da idarə edib. Baxmayaraq ki, matç 1:1 bitmişdi, amma bizim idarəçilikdən heç bir narazılığımız olmamışdı. İnanırıq ki, bu gün də ədalətli hakimliyin şahidi olacağıq. Az öncə dediyim kimi, bu oyun ətrafında ajiotaj böyükdür. “Simurq” hazırda yüksəlişdədir, bu gün qalib gəlsə, lider olacaq. “Xəzər Lənkəran”da sıradan bir komanda deyil, çempionluğa oynayır.
- Hədəfiniz üç xaldı, yoxsa bir xal da sizi qane edəcək?
- Bu futboldur, hər bir nəticə ola bilər, amma biz meydançaya ancaq qələbə üçün çıxacağıq. Bunu söz xatirinə demirəm, həqiqətən də rəhbərlik səviyyəsində komandaya çox yüksək qayğı var. Tək əsas komanda yox, əvəzedici komanda da daim rəhbərliyin diqqət mərkəzindədir. Futbolçular da bunu başa düşür və əllərindən gələni edir ki, gözəl nəticə ilə bizləri sevindirsin.
- Sumqayıtda bu gün dəstəksiz qalmayacaqsınız ki?
- Xeyr. İki avtobus azarkeş bizi dəstəkləmək üçün Sumqayıta gələcək. Artıq əlaqə saxlamışıq, yoldadılar və oyun saatına kimi stadionda olacaqlar.
Anar XANLAROV
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi