"Partizan"a Azərbaycan şirkəti sponsorluq edəcək

"Partizan"a Azərbaycan şirkəti sponsorluq edəcək
XƏBƏR 20 Sentyabr 2012 / 00:53 4007
-  A +

Avropa Liqasının qrup mərhələsinin ilk oyunu çərçivəsində bu gecə doğma meydanda "Neftçi"ni qonaq edəcək Serbiyanın "Partizan" klubu Azərbaycanın tikinti şirkəti "AzVirt"lə sponsorluq müqaviləsi imzalayıb.

Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, Serbiya yollarının yenidən qurulmasında əsas pay sahibi olan Azərbaycan şirkəti ilə əməkdaşlığın detalları yenidən müzakirə olunacaq.

Qeyd edək ki, "Azvirt" şirkətinin nümayəndələri bu gecə keçiriləcək "Partizan" - "Neftçi" matçını VİP lojadan izləyəcəklər. Görüş Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord