Belqradda güclü yağış

XƏBƏR 19 Sentyabr 2012 / 23:56 1630
-  A +

Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Partizan”- “Neftçi” matçı öncəsi Serbiyada hava şəraiti qəfldən dəyişib.
Qol.Az-ın bu ölkəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, hazırda paytaxt Belqradda güclü yağış yağır və sinoptiklərin məlumatına görə, yağış sabah da davam edəcək.

Havanın hərarətinin isə 15 dərəcəyə qədər düşəcəyi gözlənilir.

Son xəbərlər