Mahir Şükürov: "Bura uduzmağa gəlməmişik"

Mahir Şükürov: "Bura uduzmağa gəlməmişik"
XƏBƏR 19 Sentyabr 2012 / 23:35 2197
-  A +

“Sabahkı oyun haqqında çox danışmaq olar. Əsas odur ki, “Partizan”ı yaxşı təhlil etmişik. Rəqib böyük tarixi olan güclü komandadır”.

Qol.Az-ın Serbiyaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri sabah Avropa Liqasının qrup mərhələsində Serbiyada “Partizan”ın qonağı olacaq “Neftçi”nin futbolçusu Mahir Şükürov deyib.

O,  baş məşqçisi kimi iddialı danışıb: “Dünən və bu gün məşqçilər korpusu ilə birgə “Partizan”ın iki oyununu izləmişik, zəif və güclü tərəflərini bilirik. Baş məqşçimiz hansı taktikanı seçsə, ona uyğun da oynayacağıq. Buraya uduzmağa gəlməmişik. İstəyirik ki, uğurumuzun davamını gətirək. Çünki azarkeşlər və klub rəhbərliyi bizdən çox şey gözləyir. Onların istəyini yerinə gətirmək üçün sabah əlimizdən gələni edəcəyik”.

Şükürov yerli fanatların təzyiqindən çəkinmədiklərini də qeyd edib: “Bizdə oynayanlar hamısı peşəkar futbolçulardır. Gənc futbolçularımız da U-21-in şərəfini qoruyurlar, kifayət qədər beynəlxalq arenada təcrübə toplayıblar. Odur ki, azarkeşlərin təzyiqi bizi qorxutmur. Ona qalsa, Cənubi Kiprdə təzyiq burdakından güclü idi”.

Son xəbərlər