Ernad Skuliç: “Neftçi” üçün heç-heçə daha real görünür”

Ernad Skuliç: “Neftçi” üçün heç-heçə daha real görünür”
XƏBƏR 19 Sentyabr 2012 / 19:05 2757
-  A +

“Neftçi” üçün çox ağır oyun olacaq. Ancaq onlar yaxşı komanda olduqlarını sübut etməlidirlər”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın sabiq futbolçusu Ernad Skuliç sabah Avropa Liqasında Serbiyanın "Partizan" klubuyla qarşılaşacaq "Neftçi"nin şanslarılnı dəyərləndirərkən deyib.

Xorvatiyalı futbolçu qələbənin çətin olacağını düşünsə də, heç-heçənin mümkünlüyünü bildirib: “Açığı, üç xal götürmək çox çətindir. Çünki “Partizan” yaxşı komandadır. Mənə görə heç-heçə daha real görünür. Ancaq şans həmişə var”.

Skuliç “Partizan” azarkeşlərini xüsusi vurğulayıb: “Partizan” azarkeşləri sözün əsl mənasında komandalarının 12-ci oyunçusudur. Onlar öz komandalarını dəlicəsinə dəstəkləyirlər. Bu mənada “Neftçi” üçün nəticə qazanmaq ikiqat çətin olacaq. İstənilən halda, onlara uğurlar arzulayıram”.

Son xəbərlər