Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” ilə oyunu 3 futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçular Andre Roberto Soares da Silva (Beto), Vanderson Skarduelli, həmçinin yunanıstanlı Dimitrios Sialmas ilk dəfə “ağ-yaşıl” formada rəsmi matça çıxıblar.
Bu oyunçuların hər 3-ü qarşılaşmanın ikinci yarısında “Böyük oyun”a daxil olub. Əvvəl Beto, ardınca Sialmas meydana çıxıb ki, sonuncu klub tarixində 150-ci futbolçu kimi düşüb. Matçın sonlarında daha bir braziliyalının debüt etməsi ilə bu rəqəm 151-ə çatıb.
Bunlardan 59-u azərbaycanlı, 92-si legionerdir. Bu matçadək 89 legionerə güvənən “Xəzər Lənkəran”ın 90-cı əcnəbisi “Beto” olub. O və həmyerlisi klubda oynamış braziliyalıların ümumi sayını 12-yə çatdırıb. Dimitrios isə “Xəzər Lənkəran”ın ilk yunanıstanlısı olub. Bunadək 32 ölkədən olan oyunçular komandada çıxış edib. Yunanıstan bu siyahıya 33-cü ölkə kimi düşüb:
Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 9, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, İspaniya, Xorvatiya, Yunanıstan – hərəsi 1.
Qeyd edək ki, mövsümün arxada qalan hissəsində daha 4 futbolçu “Xəzər Lənkəran”da debüt etmişdi. Buna nail olan Ruslan Abışovun debütü Avropa Liqasına, Orxan Sadıqlı, Ağabala Ramazanov və Kamran Abdullazadənin isə Premyer Liqanın ilk turuna təsadüf edib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi