PFL "Bakı"ya kubok təqdim etdi

XƏBƏR 17 May 2009 / 20:15 2291
-  A +

"Muğan"ı məğlub edərək, XVII Azərbaycan çempionu adını qazanan "Bakı"nın üzvləri qarşılaşmadan dərhal sonra çempionluğu qeyd etdilər. Qol.Az-a məlumatına görə, qarşılaşmadan sonra qurulmuş səhnədə PFL-in prezidenti Ramin Musayev XVII Azərbaycan premyer-liqasının qalibi kimi "Bakı" klubuna xüsusi hazırlanmış kuboku təqdim etdi. Ardınca meydanda yaşananları görməyə dəyərdi. "Bakı"nın kapitanı Rafael Əmirbəyov kuboku başı üzərinə qaldırdığı anda, fişənglər atıldı. Sonra isə "Bakı"nın üzvləri növbə ilə, əvvəlcə baş məşqçi Coko Haciyevskini, ardınca isə komandanın baş meneceri Zeynal Məmmədov havaya qaldırdılar. Ən sonda isə Haciyevski üzərində "Bakı" çempion!" yalnız şarı havaya buraxdı.        

Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza