“Xəzər Lənkəran” “Bakı”nı hansı stadionda qəbul edəcək?

“Xəzər Lənkəran” “Bakı”nı hansı stadionda qəbul edəcək?
XƏBƏR 17 Sentyabr 2012 / 18:37 3168
-  A +

Azərbaycan Premyer Liqasının VI turunun “Xəzər Lənkəran” – “Bakı” oyununun keçiriləcəyi tarix və məkan bəlli oldu. 

Qol.Az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 24 sentyabr tarixindən 25 sentyabr tarixinə keçirilib.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılacaq.

Qeyd edək ki, Lənkəran şəhər stadionu 17 yaşadək qızların dünya çempionatını qəbul edəcəyindən “Xəzər Lənkəran” rəqiblərini başqa stadionda qəbul etməlidir.

Son xəbərlər