Futbol üzrə Azərbaycan Premyer Liqasının lideri Bakının AZAL komandası VI turda paytaxtın digər təmsilçisi “İnter”i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.
Bu haqda Lent.az-a AZAL-ın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, səbəb komandasının ev oyunlarını keçirdiyi “AZAL Arena”nın artıq 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatı iştirakçılarının ixtiyarına verilməsidir. Paytaxtdakı digər stadionlar da mundiala qatılacaq yığmaların sərəncamında olacaq. Bu səbəbdən, AZAL rəhbərliyi Sumqayıt variantına üstünlük verib:
“Böyük problem ondadır ki, növbəti turda “İnter”i öz meydanımızda qəbul edə bilməyəcəyik. Paytaxtdakı bütün stadionlar sentyabrın 18-dən dünya çempionatı iştirakçılarına veriləcək. Ona görə də Sumqayıt şəhər stadionunda oynamağa qərar vermişik. Amma məşq etməyə yerimiz müəyyənləşməyib.
Bizə oyunlarımızı və hazırlıq prosesimizi Qəbələdə keçirmək də təklif olunmuşdu. Lakin imtina etdik. Çünki bir ayadək kənarda qalmağı əlverişli saymadıq. Ondansa qərara aldıq ki, öz bazamızda yığışaq və yaxınlıqdakı meydançalardan birinə məşqə yollanaq. Hərçənd, Bakıda hansı meydançada hazırlıq keçəcəyimizi hələ də bilmirik”.
Qeyd edək ki, 5 turdan sonra ehtiyatda bir oyunu olan AZAL 10 xalla 1-ci, “İnter” isə 8 xalla 4-cü pillədə qərarlaşıb.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil