Azərbaycan Premyer Liqasının V turunun ən gözlənilməz nəticəsi AZAL – “Qarabağ” matçına təsadüf edib.
Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, bu turadək ilk 2 pillədə qərarlaşan komandaların oyununda hər 2 tərəfin qələbəsi gözlənilən olsa da, böyük hesablınəticə tura rəng qatıb.
8 qolun vurulduğu matçda AZAL-ın 6:2 hesabı iləqalib gəlməsi ilə hər 2 klub üçün tarixi nəticə əldə olundu. “Qarabağ” tarixində 6-cı dəfə 4 top fərqi ilə məğlub oldu. Antirekordunu təkrarlayan komanda əvvəllər 5 dəfə belə ağır yenilgi almışdı. Sonuncu dəfəbuna 7 il, daha dəqiqi 2692 gün əvvəl təsadüf olunmuşdu.
21.11.1999 Qarabağ (Ağdam) - Şəmkir 1 - 5
24.09.2000 Şəmkir - Qarabağ (Ağdam) 5 - 1
04.11.2000 Qarabağ (Ağdam) - Neftçi (Bakı) 0 - 4
22.09.2001 Şəmkir - Qarabağ-Azərsun (Ağdam) 5 - 1
24.05.2005 Turan (Tovuz) - Qarabağ (Ağdam) 4 - 0
“Qarabağ” tarixində ilk dəfə Azərbaycan çempionatında 6 qol buraxdı. İndiyədək ən pis halda ağdamlılar 5 qolla uduzmuşdu. Bu da 20 ildə cəmi 4 dəfə yaşanmışdı.Sonuncu belə hal 11 il və ya 4012 gün öncə baş vermişdi.
21.11.1999 Qarabağ (Ağdam) - Şəmkir 1 - 5
24.09.2000 Şəmkir - Qarabağ (Ağdam) 5 - 1
05.05.2001 Qarabağ (Ağdam) - Turan (Tovuz) 2 - 5
22.09.2001 Şəmkir - Qarabağ-Azərsun (Ağdam) 5 - 1
AZAL Premyer Liqada özünün ən böyük hesablı qələbəsini qazanmağa yaxın olsa da oyunun sonunda buraxılan 2 qolla rekorddan uzaq düşdü. Belə ki, “təyyarəçilər” 2 dəfə5 top fərqi ilə də qalib gəlib.
10.05.2009 MOİK (Bakı) - Olimpik (Bakı) 1 - 6
16.10.2010 AZAL (Bakı) - İnter (Bakı) 5 - 0
Lakin AZAL 1 oyunda 6 qol vurmaqla 2 dəfə nail olduğu şəxsi rekordunu növbəti dəfətəkrarladı.
10.05.2009 MOİK (Bakı) - Olimpik (Bakı) 1 - 6
07.03.2012 AZAL (Bakı) - Sumqayıt Şəhər 6 - 3
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir