“AZAL Arena”da kim dava salıb?

“AZAL Arena”da kim dava salıb?
XƏBƏR 17 Sentyabr 2012 / 02:10 2520
-  A +

Bu gün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində Şüvəlandakı “AZAL Arena”da keçirilən AZAL-“Qarabağ” matçından sonra xoşagəlməz olay yaşanıb.

Qol.Az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”ın futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadov hələ ki, kimliyi tam dəqiqləşməyən bir nəfərlə mübahisə edib.

Həmin şəxsin AFFA tərəfindən oyuna komissar təyin olunan Ramiz Abdullayev olduğu deyilir. Tərəflər öncə mübahisə ediblər. Lakin məsələ böyüyüncə iş qol gücünə keçib. Yalnız bu zaman mühafizəçilər və ətrafda olanlar tərəfləri ayıra bilib. Mübahisənin səbəbi bilinmir.

Qeyd edək ki, Cavadov bir müddət bundan öncə AFFA-da Hakim İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovla da analoji qalmaqal yaşamışdı.

Son xəbərlər