Bəhmən Həsənov: “Gələcəkdə səhvləri aradan qaldırmağa çalışacağıq"

Bəhmən Həsənov: “Gələcəkdə səhvləri aradan qaldırmağa çalışacağıq"
XƏBƏR 15 Sentyabr 2012 / 22:40 1341
-  A +

"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Futbol mövqelər uğrunda mübarizədir. Mövqeləri kim daha tez qazanırsa, o da qalib gəlir”.
Qol.Az-ın məlumatına görə, bu sözləri bugün Azərbaycan Premyer Liqasının V turu çərçivəsində evdə “Simurq”a 0:2 hesabıyla məğlub olan “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.

O, məğlubiyyətin səbəblərini araşdıracaqlarını deyib: “Rəvan”ın oyun üslubunda müəyyən dəyişikliklər etmişəm. İkinci hissədə oyun nizam-intizamımızı itirdiyimizə görə qapımızda qol gördük. Rəqibimizin mövqeləri ələ keçirməsinə imkan yaratdıq. Gələcəkdə bu səhvləri aradan qaldırmağa çalışacağıq".

Son xəbərlər