Mahmud Qurbanov ilk qələbəsi haqqında danışdı

Mahmud Qurbanov ilk qələbəsi haqqında danışdı
XƏBƏR 15 Sentyabr 2012 / 20:12 2239
-  A +

"Qəbələ” Azərbaycanın ən güclü komandalarındadır. Futbolçularım gözəl oynadılar. İlk hissədə qol vura bildik. Bu da bizim üçün böyük ruh yüksəkliyi yaratdı. Bizim üçün çətin oyun olasa da, uşaqlar bacardıqlarını etdilər və qələbə qazandıq”.

Bu sözləri bu gün Azərbaycan Premyer Liqasının V turunda evdə “Qəbələ”ni 1:0 hesabıyla məğlub edən “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.

Gəncə klubunun baş məşqçisi kimi ilk qələbəsini qazanan Qurbanov bu münasibətlə azarkeşləri və rəhbərliyi təbrik etməyi də unutmadı: “Qələbə münasibətilə “Kəpəz” klubunun rəhbərliyini və azarkeşləri təbrik edirəm. “Qəbələ”yə isə gələcək oyunlarda uğurlar arzulayıram”.

Son xəbərlər