Böyükağa Hacıyev: “Mən sehirbaz deyiləm”

Böyükağa Hacıyev: “Mən sehirbaz deyiləm”
XƏBƏR 15 Sentyabr 2012 / 20:04 3562
-  A +

“Biz oyun üslubumuzu bir qədər dəyişmək məcburiyyətində qalmışdıq. Çünki “Xəzər Lənkəran”la oyunu Serbiyanın “Partizan” klubunun məşqçisi də izləyirdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının bugün keçirilən “Neftçi”-“Xəzər Lənkəran” matçından sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Onun fikrincə, əsas olan nəticədir: “Mən sehrbaz deyiləm. Ona görə də gələn həftə nə olacağını deyə bilmərəm. Ola bilər ki, “Sumqayıt”a uduzub, “Partizan”ı məğlub edək. Hər şeyə rəğmən, bu gün biz nəticəyə oynadıq. Nəticə də məni qane edir”.

Hacıyev “Xəzər Lənkəran”lı həmkarının “Xəzər Lənkəran” oynadı, “Neftçi” qalib gəldi” fikrinə isə lakonik münasibət bildirdi: “Yunisdi də qoy, desin”.

Son xəbərlər