Yunis Hüseynov: "Xəzər Lənkəran" oynadı, "Neftçi" qalib gəldi"

Yunis Hüseynov: "Xəzər Lənkəran" oynadı, "Neftçi" qalib gəldi"
XƏBƏR 15 Sentyabr 2012 / 19:51 3479
-  A +

“Bilirdik ki, çətin oyun olacaq. Amma çox yaxşı hazırlaşmışdıq. Komandamın oyunundan razı qaldım. Uşaqlar yaxşı təsir bağışladı. Bu gün “Xəzər Lənkəran” oynadı, “Neftçi” qalib gəldi. Rəqibin bəxti gətirdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının bugün keçirilən “Neftçi”-“Xəzər Lənkəran” matçından sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

O, qapıçı problemi ilə bağlı məsələyə də toxundu:

“Məğlubiyyətə görə gənc qapıçımızı günahlandırmağə düzgün saymıram. Orxan gəncdi, gələcəyi qabaqdadır və mən ona inanıram. Sadəcə, əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Komandaya yeni, daha təcrübəli qapıçı gətirməyi düşünürük və həmin qapıçısı tezliklə Azərbaycanda olacaq”.

Son xəbərlər